AZAL təyyarəsinin vurulması ilə bağlı yekun hesabat hələ təqdim edilməyib

AZAL təyyarəsinin vurulması ilə bağlı yekun hesabat hələ təqdim edilməyib
Gündəm 23 Dekabr 2025 - 11:08

Qazaxıstanda komissiya yaradılıb və istintaq hələ də davam edir. Hadisə baş verdiyi andan bir il ərzində yaranmış komissiyanın ilkin hesabatı bu ilin yanvarın axırında təqdim olundu. Amma tam hesabat hələ yekunlaşmayıb.

Zekainfo.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimatı zamanı çıxışında bildirib.

O qeyd edib ki, ilkin hesabatda artıq komissiya təyyarəyə havada olarkən qeyri-qanuni fiziki müdaxilə baş verib:

"Qara qutu da açıqlanandan sonra aydın oldu ki, təyyarənin həyati sistemləri üçü birdən eyni anda sıradan çıxıb. Bu isə təyyarəyə kənar qüvvənin təsiri ilə baş verib".

AZAL-ın vitse-prezidenti tədbirin məqsədinin J2-8243 reysində həlak olanların xatirəsinə həsr olunmuş poçt markasının təqdimatı olduğunu bildirib və qeyd edib ki, poçt markası AZAL və Azərpoçt-un birgə təşəbbüsü ilə hazırlanıb:

"Mən 40 il pilot kimi fəaliyyət göstərmişəm. Bu hadisədən sonra yüz dəfə özümü o heyətin yerinə qoyuram. Onlar təyyarəni o halda necə idarə ediblər? Hələ də, buna cavab tapa bilmirəm. Buna hətta təyyarəni istehsal edən zavodlar da təəccüblənir".

Bildirilib ki, poçt markasının satışından əldə olunan gəlir şəhid ailələrinin təhsilinə və digər ehtiyaclarına xərclənəcək.

Onun sözlərinə görə, bu poçt markası bütün dünyaya yayılıb həmin reysdə həyatını itirənlərin xatirəsini əbədi yaşadacaq.

reklamlar

Digər xəbərlər