Bakıda iki gündə 78 ağac sınıb

Bakıda iki gündə 78 ağac sınıb
Hadisə 05 Fevral 2026 - 09:38

İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb.

Bu barədə Zekainfo.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb.

Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər.

reklamlar

Digər xəbərlər