Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və elmi tədqiqatlar naziri vəzifəsini icra edən Abdulrahman Al Avarın dəvəti ilə Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Zekainfo.az xəbər verir ki, “Gələcəyin Hökumətlərinin Formalaşdırılması” mövzusunda baş tutan Dünya Hökumət Sammitinin 2026-cı il buraxılışında dünyanın müxtəlif ölkələrindən nazirlər daxil olmaqla, 6000-dən çox yüksəksəviyyəli iştirakçı, 400-dən çox nüfuzlu spiker, habelə 80-dən çox beynəlxalq təşkilat təmsil olunub.
Sammit çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi tərəfindən təşkil olunan “Əməyin gələcəyi” mövzusunda nazirlər panelində iştirak edib. Panel zamanı əmək bazarının transformasiyası, elm və texnologiyanın iş dünyasına təsiri, eləcə də innovativ yanaşmaların və qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması ilə bağlı aktual məsələlər ətrafında müzakirələr aparılıb.
Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak etdi
Təhsil
05 Fevral 2026 - 09:43
Digər xəbərlər
Təhsil
14:50, 18 Mart 2026
Təhsil
12:18, 17 Mart 2026
Dövlət orqanlarında 158 vakant yer üzrə daxili müsahibə elan edilir
Təhsil
12:42, 13 Mart 2026
"Bu, 50 minə yaxın müəllimin ixtisarı riskini yaradır" - Vitse-spiker
Təhsil
11:55, 11 Mart 2026
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək
Təhsil
10:37, 11 Mart 2026
Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
Təhsil
12:37, 05 Mart 2026