Əli Əsədov İnzibati Xətalar Məcəlləsi ilə bağlı qərar imzaladı

Əli Əsədov İnzibati Xətalar Məcəlləsi ilə bağlı qərar imzaladı
Xəbər 01 Aprel 2026 - 23:59

Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərin tətbiqi ilə bağlı qərar qəbul edib.

Zekainfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Prezidentin 13 mart 2026-cı il tarixli fərmanının icrasını təmin etməyə yönəlib.

Sənədə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi aidiyyəti qurumlarla birlikdə inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyətinə malik vəzifəli şəxslərlə bağlı təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bununla yanaşı, normativ hüquqi aktların yeni qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı təkliflərin 5 ay müddətində hazırlanaraq təqdim edilməsi nəzərdə tutulur.

Qərara əsasən, digər mərkəzi icra hakimiyyəti orqanları da 4 ay müddətində öz normativ aktlarını qanun və fərmana uyğunlaşdırmalı və bu barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

Eyni zamanda, Ədliyyə Nazirliyi bütün uyğunlaşdırma prosesini təmin edərək 6 ay müddətində Nazirlər Kabinetinə hesabat verməlidir.

reklamlar

Digər xəbərlər