FHN dağ çaylarından sel keçməsi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ 

FHN dağ çaylarından sel keçməsi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ 
Gündəm 05 Aprel 2026 - 21:00

Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

Zekainfo.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

"Sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!" - məlumatda bildirilib.

reklamlar

Digər xəbərlər