İsrail Xameneinin müşavirini ÖLDÜRDÜ 

İsrail Xameneinin müşavirini ÖLDÜRDÜ 
Xəbər 10 Aprel 2026 - 12:00

İranın siyasi rəhbərliyində ciddi itki baş verib. Ölkənin ali rəhbəri Müctəba Xameneinin ən yaxın şəxslərindən biri, strateji qərarların qəbulunda mühüm rol oynayan Kamal Xərrazi vəfat edib.

Zekainfo.az xəbər verir ki, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri vəzifəsini tutan Kamal Xərrazi bir neçə gün öncə evinin bombalanması nəticəsində ağır xəsarətlər almışdı. İran dövlət televiziyasının yaydığı son məlumata görə, həkimlərin bütün səylərinə baxmayaraq, yüksək rütbəli rəsmi aldığı ölümcül yaralardan dünyasını dəyişib.

Qeyd edək ki, Xərrazinin evinin hədəf alınması və onun ölümü regionda gərginliyin ən yüksək həddə çatdığı bir vaxta təsadüf edir. Onun ölümü Tehranın xarici siyasət strategiyasına və “Müqavimət Cəbhəsi”nin koordinasiyasına ciddi təsir göstərə biləcək bir hadisə kimi qiymətləndirilir. Hadisənin kimlər tərəfindən törədildiyi və rəsmi Tehranın buna necə reaksiya verəcəyi beynəlxalq birliyin diqqət mərkəzindədir./no.comment

reklamlar

Digər xəbərlər