İqtisadiyyat
09:30, 15 May 2026
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində mal ixrac edib.
Bu barədə Zekainfo.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bunun 3,889 milyon dollarlıq hissəsi aprel ayının payına düşüb.
4 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.