Messi zədələndi

Messi zədələndi
İdman 25 May 2026 - 09:40

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi Yüksək Futbol Liqasının (MLS) müntəzəm mövsümünün "Filadelfiya" ilə ev oyununda zədələnib.

Zekainfo.az-ın məlumatına görə, matç 6-4 hesabı ilə "İnter Mayami"nin xeyrinə başa çatıb və L. Messi iki məhsuldar ötürmə etdi. 73-cü dəqiqədə argentinalı oyunçunun yerinə Mateo Silvetti meydana çıxdı və Messi sol ayağından yapışaraq tribunaaltı otağa tərəf gedib.

"İnter Mayami" hələlik zədənin mahiyyəti və ya sağalma müddəti barədə açıqlama verməyib.

reklamlar

Digər xəbərlər