WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir

WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir
Cəmiyyət 22 May 2026 - 10:51

28 marşrutun əvvəlki sxemi üzrə, eləcə də müvəqqəti dayandırılan 4 ekspres marşrutun fəaliyyəti bərpa edilir.

Zekainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. 

Mayın 23-dən 15, 18, 31, 32, 60, 70, 71, 107, 107A, 118A, 118B, 125, 131, 133, 148, 162, 166, 168, 169, 173A, 173B, 197, 198, 199, 204, 214, 214A, M8 nömrəli marşrutların hərəkət sxemləri və müvəqqəti dayandırılan 120E, 121E, 140E, E1 nömrəli marşrutların fəaliyyəti bərpa olunacaq. 

reklamlar

Digər xəbərlər