43 yaşlı kişini maşın vurub öldürdü

43 yaşlı kişini maşın vurub öldürdü
Hadisə 16 Aprel 2026 - 09:00

Sabirabadda piyadanın vurulması ilə nəticələnən qəza olub.

Zekainfo.az xəbər verir ki, hadisə ötən axşam rayonun Yaxa Dəllək kəndində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil rayonunun Yaxa Dəllək kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu vurub.

O, ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

reklamlar

Digər xəbərlər