Tanınmış aparıcı avtomobil qəzası keçirdi - 6 saat yolda qaldı - FOTO 

Tanınmış aparıcı avtomobil qəzası keçirdi - 6 saat yolda qaldı - FOTO 
Hadisə 28 Aprel 2026 - 17:41

Rusiyalı tanınmış aparıcı avtomobil qəzası keçirib.

Zekainfo.az xəbər verir ki, NTV kanalında yayımlanan "Kvartirnıy vopros" verilişinin aparıcısı Viktoriya Panina Moskvada qəzaya düşüb.

O, hadisə barədə sosial şəbəkə hesabında məlumat verib.

Aparıcının sözlərinə görə, digər avtomobilin sürücüsü qırmızı işıqda hərəkət edərək onun maşınına çırpılıb.

 

Tanınmış aparıcı avtomobil qəzası keçirdi - 6 saat yolda qaldı

 

"Maşınımın ön hissəsini tamamilə dağılıb", - deyə Panina bildirib.

"The Voice" nəşrinin yazdığına görə, aparıcı qəza nəticəsində yüngül xəsarətlər alıb və çox qorxub.

Hadisə səbəbindən o, "Kvartirnıy vopros" verilişinin çəkilişinə gecikib.

"Ümumilikdə 6 saat yol polisini gözlədim. Altı saat! Sənədləşmə isə əlavə 1 saat çəkdi. Nəticədə çəkilişə gəlib insanlara sevinc bəxş etməyə çalışdım", - deyə Viktoriya Panina əlavə edib.

reklamlar

Digər xəbərlər