Oğlu atasının iş yerini yandırdı

Oğlu atasının iş yerini yandırdı
Dünya 15 May 2026 - 09:47

Çinin Ninbo şəhərində atasının iş yerinə gələn 12 yaşlı uşaq ehtiyatsızlıqdan bütöv bir ofisin yanmasına səbəb olub.

Zekainfo.az xəbər verir ki, hadisə barədə təfərrüatı "South China Morning Post" nəşri yayımlayıb.

Ata övladı ilə aralarındakı münasibətləri daha da yaxşılaşdırmaq məqsədilə onu öz iş yerinə aparıb, lakin işlərinə başı qarışdığı üçün uşağı nəzarətsiz qoyub. Tək qaldığı üçün darıxan yeniyetmə özünə fərqli bir məşğuliyyət seçib və alışqan vasitəsilə kağız salfetləri yandırmağa cəhd edib.

Sıçrayan qığılcımlar iş masasının kənarındakı zibil qabına düşərək alovlanıb və qısa müddət ərzində otağı alov bürüyüb. Uşaq atasını köməyə çağırıb, ata isə dərhal xilasedicilərlə əlaqə saxlayıb və həmkarları ilə bərabər alovun qarşısını almağa cəhd göstərib. Yanğınsöndürən briqada hadisə yerinə çatana qədər alovun böyük bir hissəsi nəzarətə alınsa da, iş yeri tamamilə yararsız hala düşüb.

Hadisə nəticəsində bədən xəsarəti alan olmasa da, dəyən maddi zərərin onminlərlə yuan həcmində olduğu bildirilir.

reklamlar

Digər xəbərlər