İqtisadiyyat
12:54, 03 İyun 2026
Bu gün Azərbaycandan Ermənistana növbəti tədarük baş tutacaq.
Zekainfo.az "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 42 vaqon dizel yanacağı ixrac olunacaq.
Qatar saat 16:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.