Azərbaycan Avropa çempionu oldu

Azərbaycan Avropa çempionu oldu
İdman 04 İyun 2026 - 23:45

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında bu gün final oyununu keçirib.

Zekainfo.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib.

Qarşılaşma millimizin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə Azərbaycan tarixində ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Serbiyanı məğlub edərək finala vəsiqə qazanıb.

reklamlar

Digər xəbərlər