Dünya
13:06, Bugün
İran Hörmüz boğazını bütün gəmiçiliklər üçün bağlayır.
Zekainfo.az xəbər verir ki, bu barədə İran ordusunun Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, boğazdan keçən nəqliyyat bütün növ gəmilər, o cümlədən neft tankerləri və ticarət gəmiləri üçün bağlıdır. Hörmüzdən keçməyə çalışan istənilən gəmi hücuma məruz qalacaq.
İran komandanlığı boğazın bağlanmasını ABŞ-nin "vəhşiliklərinin davam etməsi" və Amerika qoşunlarının Hörmüzqan əyalətinin bəzi cənub bölgələrinə hücumu ilə izah edib.
İyunun 11-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun İrana qarşı əlavə zərbələr endirməyə başladığını bildirib.