Lənkəranda bankomat fırıldağı: 7 nəfərin pulunu oğurlayan şəxs saxlanıldı

Lənkəranda bankomat fırıldağı: 7 nəfərin pulunu oğurlayan şəxs saxlanıldı
Cəmiyyət 07 Avqust 2026 - 17:18

Lənkəranda bankomatdan pul çıxarmaq istəyən şəxsləri aldadaraq onların vəsaitlərini ələ keçirən şəxs saxlanılıb.

Zekainfo.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev tutulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəli şəxs bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək təklif edərək onların bank kartlarındakı vəsaitləri mənimsəyib.

İlkin istintaq nəticəsində onun eyni üsulla ümumilikdə 7 şəxsin pulunu ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ruhid Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

reklamlar

Digər xəbərlər