Dünya
17:43, 07 Avqust 2026
Polşanın marağı ondan ibarətdir ki, Ukrayna və Ukrayna əsgərləri postsovet Rusiya Federasiyasına qarşı mümkün qədər uğurla döyüşsünlər.
Zekainfo.az xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrotski deyib.
“Rusları Polşadan nə qədər uzaqda saxlasalar, bir o qədər yaxşıdır. Bu, aydındır. Bu, Polşa dövlətinin strategiyasıdır.
Rusiya ilə harada döyüşürlərsə, Polşa da orada kömək edir. Hətta Polşa müharibədə birbaşa iştirak etməsə belə”, - o bildirib./Axar.az