Hörmüzdə daha bir tankerə hücum edildi

Hörmüzdə daha bir tankerə hücum edildi
Dünya 01 Sentyabr 2026 - 08:16

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) Hörmüz boğazında hərəkət edən tankerin Omanın Həsəb şəhərindən təxminən 31,5 kilometr şərqdə şübhəli hücuma məruz qaldığını açıqlayıb.

Zekainfo.az xəbər verir ki, hadisə zamanı gəmiyə üç naməlum obyektin dəydiyi bildirilir.

Hücum nəticəsində ölən və ya xəsarət alan olmayıb, həmçinin ətraf mühitə hər hansı zərər dəyməyib.

Hadisə ilə bağlı araşdırma başlayıb.

reklamlar

Digər xəbərlər