Bakıda binada uçqun - Mənzillərin tavanı çöküb+Yenilənib

Bakıda binada uçqun - Mənzillərin tavanı çöküb+Yenilənib
Hadisə 22 Oktyabr 2026 - 19:48

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib.

Zekainfo.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

***

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində uçqun baş verib.

“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yaşayış olmayan dördmərtəbəli binanın bir hissəsində mənzillərin tavanının çökdüyü müəyyən edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb”, - deyə əlavə edilib.

reklamlar

Digər xəbərlər