Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı

Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
Cəmiyyət 22 Oktyabr 2026 - 23:17

8 il əvvəl - 2018-ci ildə Azərbaycanda oğlan uşaqlarına ən çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulduğu halda, bu il oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub.

Zekainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, 2028-ci ildə 2 505 oğlan uşağına Yusif, 2 511 qız uşağına isə Zəhra adı qoyulub.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə Yusif adı qoyulan uşaqların sayı 1 100, 2026-cı ildə isə 537 olub. Zəhra adı qoyulan qız uşaqlarının sayı 2025-ci ildə 1 066, 2026-cı ildə isə 587-ə düşüb.

2018-ci ildə uşaqlara ən çox qoyulan adlar aşağıdakı kimi olub:

Zəhra - 2 511

Yusif - 2 505

Əli - 2 128

Hüseyn - 1 926

Nuray - 1 700

Aylin - 1 606

Zeynəb - 1 600

Uğur - 1 597

Məryəm - 1 594

Ömər - 1 568

2025-ci ildə uşaqlara ən çox qoyulan adlar aşağıdakı kimi olub:

Uğur - 1 721

Raul - 1 301

Melisa - 1 200

Hüseyn - 1 164

Əli - 1 151

Zeynəb - 1 129

Məryəm - 1 127

Nilay - 1 112

Yusif - 1 100

Aylin - 1 095

Bu ilin əvvəlindən ötən dövr ərzində isə uşaqlara ən çox qoyulan adlar aşağıdakı kimi olub:

Uğur - 1 034

Raul - 778

Melisa - 749

İnci - 714

Alisa - 687

Miran - 682

Məryam - 667

Hüseyn - 662

Əli - 658

Nilay - 655

reklamlar

Digər xəbərlər