Şou biznes
13:32, 26 Noyabr 2026
Türkiyəli məşhur müğənni Yavuz Bingöl səhhəti ilə bağlı problem yaşayıb.
Zekainfo.az xəbər verir ki, bu haqda sənətçinin həyat yoldaşı Nilşah Ağaoğlu Bingöl məlumat yayıb.
Belə ki, müğənni öd daşı səbəbilə noyabrın 16-da İstanbulda xəstəxanaya yerləşdirilib və 12 günlük müalicədən sonra evə buraxılıb.
Nilşah Ağaoğlu həmçinin qeyd edib ki, nəzərdə tutulan cərrahi əməliyyat planlaşdırıldığı kimi həyata keçirilə bilməyib və dörd həftə sonraya təxirə salınıb.
