Batumidəki qalmaqala görə Gürcüstan səfiri Türkiyə XİN-ə çağırıldı

Batumidəki qalmaqala görə Gürcüstan səfiri Türkiyə XİN-ə çağırıldı
Dünya 27 Noyabr 2026 - 18:46

Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandia “Beşiktaş”ın Batumidə keçirdiyi UEFA Avropa Liqası matçında baş verən insidentlə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Zekainfo.az xəbər verir ki, bu barədə “TRT Haber” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Gürcüstan səfirinə baş verən hadisələrlə bağlı Türkiyə tərəfinin etirazı çatdırılıb və müxtəlif sübutlar təqdim edilib.

Hadisələrin hərtərəfli araşdırılması, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqinə görə məsuliyyət daşıyan şəxslər barəsində müvafiq hüquqi tədbirlərin görülməsi tələb olunub.

Xatırladaq ki, ötən gün Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşmasında Fələstin bayrağı açan türkiyəli azarkeşlərə Gürcüstan polisi sərt müdaxilə edib. Polis bibər qazından istifadə edib, qarşılaşma isə 40 dəqiqəlik fasilədən sonra bərpa olunub. Matç “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

reklamlar

Digər xəbərlər