Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Milli və əxlaqi dəyərlərimizin təbliğində milli kimliyin rolu” layihəsinin icrasına başlamışdır.
Layihə çərçivəsində ilk tədbir 25.10.2022-ci il tarixində S. C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında həyata keçirilmişdir.
Tədbir iştirakçılarını salamlayan layihə rəhbəri Eldəniz Salmanov layihə haqqında ümumi məlumat verdi. Layihə rəhbəri bildirdi ki, bu layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. "Müstəqilliyə gedən yolda milli kimliyimiz” adlı kitab və "Milli kimliyimiz milli sərvətimizdir” adlı buklet, qovluq və digər paylama məhsulları tədbir iştirakçılarına təqdim olundu. Layihəyə 97 nəfər müəllim və şagird cəlb olunmuşdu. Eldəniz Salmanov belə layihələrin gənc nəslin milli adət-ənənələrimizə bağlanması və öz milli dəyərlərinə sahib çıxması baxımından olduqca zəruri olduğunu qeyd etdi. Belə layihələri həyata keçirməklə azərbaycançılıq məfkurəsinin güclənməsinə hər zaman dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə öz minnətdarlığını bildirdi. Sonra sözü mühazirəçi BDU-nun tarix fakültəsinin doktorantı Əzim Heydərova verdi. O gənclərimizə müstəqilliyə gedən yolda milli mücadiləmiz, Demokratik Cumhuriyyətin qurulmasında milli birliyimiz haqqında ətraflı məlumat verdi. Layihə iştirakçılarına XX əsrin əvvəlində yaşamış Azərbaycan fədailərinin müstəqillik yolunda apardığı şanlı mübarizə və milli kimliyimizin fomalaşmasında keçdiyi şərəfli yol haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Tədbirin sonunda müəllim və tələbələrin suallarına ətraflı cavab verildi. Layihə rəhbəri qeyd etdi ki, növbəti tədbir 26.10.2022-ci il tarixində Bakı şəhəri Səbail rayonu Cəfərov qardaşları 16 ünvanında Universitet tələbələri ilə həyata keçiriləcək.