"Narkomaniyaya birlikdə yox deyək !”mövzusunda maarifləndirici tədbir keçirildi

"Narkomaniyaya birlikdə yox deyək !”mövzusunda maarifləndirici tədbir keçirildi
Dəyərlərimizin kreativ tanıtımı 26 Oktyabr 2022 - 17:36
26 oktyabr 2022-ci il tarixdə Binəqədi rayon Mədəniyyət evində Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və Zəngilan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya birlikdə yox deyək !”mövzusunda maarifləndirici tədbir keçirildi. 

Tədbirdə : Vətən müharibəsi qəhrəmanı ,Şəhid Noçuyev Surxay adına 1 nömrəli tam orta məkəbin şagirdləri , müəllimləri və psixoloqu Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Mətanət Həsənova Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zakir Məmmədov Zəngilan rayon Polis şöbəşisinin Cinayət axtarış qrupunun baş əməliyyat müvəkkili polis polkovnik leytenantı Bərxudar Şıxəliyev iştirak etdilər. Əvvəlcə Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub. Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. 

Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Sonda şagirdləri maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş etdirilib.
reklamlar

Digər xəbərlər