Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyi24.10.2022-ciil tarixində Azərbaycan RespublikasınınQHT-na Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi "Sağlamlıq sərvət, sağlam qalmaq nemətdir!”adlı layihəninicrasının ikincimərhələsinə start verib.
Bakı şəhəri, Yasamal rayonunda və Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən Gənclərin inkişafı mərkəzlərində keçirilən tədbirigiriş sözü ilə açan Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyinin sədri, həmçinin layihə rəhbəriElçin Manafov layihəvə Donor haqqında iştirakçılaraətraflı məlumat verib. O vurğuladı ki, layihənin ilk mərhələsindəbütün hazırlıq işləri yekunlaşıb və hazırda ikinci mərhələsinin icrasına başlanılıb. Layihə çərçivəsində ümumiyyətlə 7 tədbir (seminar) nəzərdə tutulub ki, artıq bunların ikisi həyata keçirilib.Layihənin məqsədi hər bir insanın gündəlik bilməsi gərəkən ilk yardıma dair maariflənmədir.
Daha sonra təlimçi Dilguşə Yusifqızı gənclərə İlk Yardım (həkimə qədərki yardım),"Süni tənəffüs, Suda boğulma, Gün vurma, İlan sancması, Ürəktutması, Arterial təzyiqin ölçülməsi, qızdırma, hərarətin ölçülməsi, iynələrin vurulması,qıcolma, sınıqlar, çıxıqlar, travmalar, dəm qazından boğulma” və s. günümüzdə hər kəsin bilməsi lazım olan digər mövzularla ətraflıseminarla geniş məruzə təqdim etmişdir.Çay süfrəsində təşkil edilən tədbirlərdə müxtəlif universitet və kolleclərdə oxuyan 70-dən çox tələbələr iştirak edirdi.
Tədbirin sonunda müdavimləri maraqlandıran suallar cavablandırıldı, iştirakçılara hədiyyələr paylanıldı və sonda xatirə şəkilləri çəkdirildi.