“Milli və əxlaqi dəyərlərimizin təbliğində milli kimliyin rolu” layihəsi davam edir

“Milli və əxlaqi dəyərlərimizin təbliğində milli kimliyin rolu” layihəsi davam edir
Dəyərlərimizin kreativ tanıtımı 27 Oktyabr 2022 - 11:40

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İB "Milli və əxlaqi dəyərlərimizin təbliğində milli kimliyin rolu” layihəsi çərçivəsində növbəti tədbirini 26.10.2002-ci il tarixində Səbail rayonu Cəfərov qardaşları 16 ünvanında universitet tələbələri ilə hətaya keçirdi.

Tədbiri açıq elan edən Layihə rəhbəri Eldəniz Salmanov layihə iştirakçılarını salamladıqdan sonra, layihə haqqında ətraflı məlumat verdi. Layihənin zəruriliyi və gənc nəslin milli kimlik şüuruna yiyələnməsi istiqamətində belə layihələrin mütəmadi şəkildə keçirilməsinin əhəmiyyətindən bəhs edən layihə rərbəri sonra sözü mühazirəçiyə verdi. Mühazirəçi İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya regionu üzrə koordinatoru Elçin Əsgərov idi. Elçin Əsgərov layihə iştirakçılarını salamladıqdan sonra milli kimlik şüuru və milli kimliyimizin tarixi mərhələləri haqqında layihə iştirakçılarına geniş və dolğun məlumatlar verdi. Elşin Əsgərov məhz bu sahə üzrə ciddi araşdırmalar aparmışdır. Layihə iştirakçılarına kitab, buklet, qovluq və dəftərxana materialları paylanıldı.

Layihə iştirakçıları Tədbirin sonunda layihə rəhbəri bütün iştirakçılarılara öz təşəkkürünü bildirdi. Layihənin növbəti iki tədbiri 27-28 oktyabr Zaqatala rayonunda həyata keçiriləcəkdir.

reklamlar

Digər xəbərlər