QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İB "Milli və əxlaqi dəyərlərimizin təbliğində milli kimliyin rolu” layihəsi çərçivəsində üçüncü tədbirini 27.10.2022-ci il tarixində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Əliabad İslam Kollecinin tələbələri ilə hətaya keçirdi.
Tədbiri açıq elan edən Layihə rəhbəri Eldəniz Salmanov layihə iştirakçılarını salamladıqdan sonra, layihə haqqında ətraflı məlumat verdi. Layihənin zəruriliyi və gənc nəslin milli kimlik şüuruna yiyələnməsi istiqamətində belə layihələrin mütəmadi şəkildə keçirilməsinin əhəmiyyətindən bəhs edən layihə rərbəri sonra sözü mühazirəçi AMEA Tarix İnstitutu Şəki filialının əməkdaşı tarixçi alim Akif Məmmədliyə verdi. Akif Məmmədli gənclərimizə milli kimliyimizin tarixi və keçdiyi inkişaf yolu haqqında geniş məlumat verdi.
O qeyd etdi ki, milli kimliyini qoruya bilməyən xalqlar zamanla assimlyasiyaya uğrayır və tarix səhnəsindən silinib yox olur. Məhz bu amilləri nəzərə alaraq milli kimliyimizə daha çox əhəmiyyət verməliyik. Layihə iştirakçılarına kitab, buklet, qovluq və dəftərxana materialları paylanıldı. Tədbirin sonunda layihə rəhbəri kollec təhbərliyinə və bütün iştirakçılara öz təşəkkürünü bildirdi. Növbəti və sonuncu tədbir 28 oktyabr Zaqatala şəhərindəki Zaqatala İslam Kollecində həyata keçiriləcəkdir.