QHT sədri sosial qanunların qəbulu zamanı qazilərin nəzərə alınmasını təklif edib

QHT sədri sosial qanunların qəbulu zamanı qazilərin nəzərə alınmasını təklif edib
Dəyərlərimizin kreativ tanıtımı 01 Noyabr 2022 - 15:27

"Sosial sahədə qanunların qəbulu zamanı qazilərlə bağlı məsələ mütləq nəzərə alınmalıdır".

"Report”xəbər verir ki, bunu "Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyəti”nin sədri Novella Cəfəroğlu "Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, QHT-lər bir sıra qanun layihələrinin qəbulu zamanı müzakirələrə çağırılmalıdır: "Bu gün bir çox qazi şikayət edir. Halbuki onlar bizim namusumuzu, qeyrətimizi geri qaytarıblar. Bu gün biz başıuca, alnıaçıq şəkildə sözümüzü deyə biliriksə, məhz onların hesabınadır. Məsələn, Polşada oxuyan bir gənc ailəsindən xəbərsiz Azərbaycana gələrək müharibədə iştirak etmişdi, 4 medal da almışdı. Bədənində çoxlu qəlpə yarası da qalmışdı. Müharibə yekunlaşandan sonra bizim xahişimizlə ali təhsil müəssisəsinin 5-ci kursunu yüksək balla bitirdi. Lakin onun əlillik təyinatı ilə bağlı məsələ həll olunmadı. Həkimlər bizə bədənində qəlpə olanlara əlillik verilmədiyini bildirdilər. Halbuki onun sağ əli işləmir. Ona görə də qanunvericilikdə qazilərlə bağlı bəzi müddəaların dəyişməsini təklif edirəm. Həmin qazilərə nəyin bahasına olursa-olsun dəstək olmaq lazımdır. Dövlət başçısı xalqın yanında olduğu kimi, qanunlar qəbul ediləndə əhalini də nəzərə alın”.

reklamlar

Digər xəbərlər