"Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən icrasına başlanılan "Gənclər arasında ailə dəyərlərinin təbliği istiqamətində və ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində silsilə tədbirləri davam etdirir.
"Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, 27. 10.2022 –ci il tarixində Şamaxı rayon Mədəniyyət Mərkəzində "Gənclər arasında ailə dəyərlərinin təbliği istiqamətində və ailə institutlarının inkşafına dair maarifləndirmə tədbir təşkil etdi.
Bu barədə Adalet.az-a birliyin sədri, layihə rəhbəri İndira Şəmsivari məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi gənclər arasında ailə institutunu inkişaf etdirmək,ailə dəyərlərinin təbliğini aparmaq, erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır.
Şamaxı rayonu Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə İctimai birliyinin rəhbəri, RİH-nin əməkdaşı, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ailə dəyərlərinin yeniyetmə və gənclər arasında təbliğinin günümüzün vacib mövzusu olduğunu bildiriblər. Qeyd edilib ki, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə yeniyetmə və gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə ailə institutu tarix boyu dövlətlərin formalaşmasında mühüm rol oynamışdır. Bildirilib ki, ailə cəmiyyətin aparıcı qüvvəsi olan vətəndaşları yetişdirir, dəyərlər sistemini formalaşdırır, sosial münasibətlərin nizamlayıcısı rolunda çıxış edir. Məhz bu baxımdan dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdən biridir və bu sahə prioritet istiqamətlərdən sayılır.