AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV:

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV:
Qarabag Zəfəri 28 Oktyabr 2022 - 10:48

kinci Qarabağ müharibəsi, bir daha demək istəyirəm, tarixi Zəfərimizdir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır. Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var və təkrar etmək istəmirəm. Müharibənin gedişatı hər kəsə məlumdur.

Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar”.

"İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin çapdan çıxmış 113-cü kitabında yer alan bu fikirlər dövlət başçısının avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağını ucaltdıqdan sonra söylədiyi çıxışından götürülüb. Prezident dərin məzmunlu çıxışında İkinci Qarabağ müharibəsinin erməni mifologiyasını tamamilə məhv etdiyini vurğulayaraq deyib: "Çünki uzun illər ərzində, 30 il ərzində ermənilər dırnaqarası "hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu "yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah və sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu "yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”.

reklamlar

Digər xəbərlər