QARABAĞ ZƏFƏRİNİN İNTİBAH MƏRHƏLƏSİ

QARABAĞ ZƏFƏRİNİN İNTİBAH MƏRHƏLƏSİ
Qarabag Zəfəri 25 Oktyabr 2022 - 16:20

Azərbaycanın çağdaş tarixində Ermənistan tərəfindən işğal edilərək uzun müddət dağıdılmış, 44 günlük möhtəşəm müharibə zamanı Müzəffər Ordumuzun azad etdiyi, bərpa işləri aparılan Qarabağda tarixinin qızıl salnaməsini mədəni irsə çevirmək, qalibiyyət tarixinin tədqiqi, onun estetik söz sənəti formalarında – klassik və modern ədəbiyyat, poeziya və folklor məkanı kimi dünyada tanıdılmasına böyük ehtiyac duyulur. Sadalanan istiqamətlərdə peşəkar alimlərin tədqiqatlarına, elm və sənət adamlarının yaradıcılıq potensiallarının birləşdirilməsinə, ədəbiyyat və poeziya həvəskarlarının marağını cəmləməsinə, ölkəmizin və onun hüdudlarından kənarda yaşayan intellektual yaradıcı şəxslərin şəbəkələşməsinə real, həmçinin virtual kömək olacaq fəaliyyətlərin həyata keçirilməsi aktual məsələ olaraq ortaya çıxır. Bu amillər həm də Qarabağın kreativ turizm məkanı kimi dünyada tanınmasına xidmət edə bilər. Qarabağdakı Zəfərimizin çağdaş tariximizin yeni intibah dövrünə, fərqli mərhələsinə çevrilməsini kreativ-intellektual formalarda yeni nəslin nümayəndələrinə və dünyaya tanıtmalıyıq.

Böyük turistik imkanlara, kreativ sənaye potensialına malik yeni Qarabağın Qalibiyyət tarixinin elmi-humanitar tədqiqatlara cəlb olunması, daha sonra müqayisəli öyrənilməsi istiqamətində araşdırmaların məntiqi nəticəsi kimi bu qədim bölgənin türk dünyasının çağdaş intellektual və humanitar düşüncə texnologiyasına – modern estetik və incəsənət, klassik və müasir üslubda yaradılması vacib ədəbiyyat, publisistika, poeziya nümunələrinə çevrilərək azərbaycançılıq ideologiyasına xidmət etməli, eyni zamanda milli-vətənpərvərlik dəyərlərinin tərkib hissəsinə çevrilməlidir. Postmüharibə dövrü Qarabağın beynəlxalq incəsənət, kreativ məkan olaraq dünyada tanıdılmasına böyük ehtiyac duyulur. Bu istiqamətlərdə tədqiqatları və təcrübələri birləşdirməklə real və virtual təbliğat, tanıtım, şəbəkələşmə alətlərindən, İK texnologiyalarından, düşüncə modellərindən yararlanmaqla, Qarabağın Zəfər mərkəzi kimi təbliği həm də Azərbaycanımızın türk dünyasında, türksoylu ölkələrdə, eləcə də Avropa və dünyada nüfuzunu qaldırmağa xidmət edir.

Bu istiqamətdə yaradıcı insanları, tədqiqatçıları, alim, jurnalist və bloqerləri, Azərbaycan və türk diaspor fəallarını, kreativ gənclərin, internet istifadəçilərinin, əslən Qarabağdan olan tanınmış şəxslərin estetik imkanlarını, kulturoloji potensiallarını birləşdirmək mütləq vacibdir.

"Qarabağ Zəfəri” ədəbi mühitin formalaşdırılmasına təkan verəcək, Qələbəyə aid yeni ədəbiyyat nümunələrinin yazılmasına həvəsləndirəcək, bölgənin mədəniyyətinə həsr olunmuş elmi-kütləvi yazılardan ibarət kitabın çapı, yayımı, onların elektron variantının yayımı, İnternet TV verilişinin hazırlanması, internet vasitəsilə bu virtual-vizual məhsulların ardıcıl nümayişi, sosial şəbəkələrdə layihəyə həsr olunmuş səhifənin yaradılması, fəaliyyətinin təşkili və başqa fəaliyyət növləri ilə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.

İctimai Birliyin bu istiqamətdə həyata keçirdiyi ardıcıl fəaliyyəti, layihələri bir daha sübut edir ki, müasir dünyada olduğu kimi, ölkəmizdə də fərqli mədəni-kreativ potensiallardan bəhrələnmək üçün yerli və beynəlxalq turizm imkanlarından yararlanmaq mümkündür. Burada isə əsas məsələ peşəkarlar, təbliğatçılar, gənclər, diaspor fəalları, bir sözlə, layihəyə cəlb olunacaq şəxslər üçün innovativ alətlər, kreativ formatlar yaratmaqdır.

Sadalanan məsələnin həlli istiqamətində bəzi problemlərin ictimailəşdirilməsini qarşısına məqsəd qoyduğundan bu sahənin mütəxəssislərinin təcrübələrini birləşdirməyi, ictimai müzakirələrin genişlənməsini, Azərbaycan – Qarabağ mədəniyyəti üzrə sahəvi ədəbiyyatın nəşrini, müxtəlif təcrübələrin paylaşılmasını dəstəkləmək vacibdir. Bu mənada Qarabağın Zəfərinə həsr olunmuş innovativ-kreativ baxışları əks etdirən vəsaitin çapa hazırlanması, rəqəmsal kitabın kağız və elektron nəşri, vizual-virtual məhsulların hazırlanmasına çalışmalıyıq. Sosial şəbəkələrdə layihəyə həsr olunmuş materialların yerləşdirilməsi, onun fəaliyyətinin genişləndirilməsi vacibdir. Qarabağın elmi-mədəni sərvətləri, turistik potensialı və iqtisadi-kreativ sənayesinə aid təbliğat istiqamətində sosial şəbəkələrdə, saytlarda virtual fəaliyyyətlərin təşkil edilməsi önəmli olardı.

Qarabağdakı Böyük Qələbəyə həsr olunan elmi-kreativ araşdırmaların, başqa materialların hazırlanmasına xüsusi əhəmiyyət verilməlidir. Onların internet resurslarında, elektron kitabxanalarda və sosial şəbəkələrdə elektron variantının yayımlanmasına çalışmaq lazımdır. İnternet resurslarında, elektron məkanlarda və sosial şəbəkələrdə Azərbaycanda – Qarabağda yeni mədəniyyət mühitinin formalaşdırılmasına, yerli kreativ modellərin genişləndirilməsinə yardım edə biləcək onlayn ictimai müzakirələrin təşkili önəmlidir. Qarabağın mədəni-kreativ inkişafına dair ictimai müzakirə, dəyirmi masa və aksiyalar, internetdə kampaniyaların təşkili, onların materiallarının vizual-virtual formada hazırlanması, yayımı əsas məsələlərdən biridir. Qarabağ Zəfərinə həsr olunmuş ədəbiyyatlara aid teledebat və ictimai müzakirənin təşkili, ayrıca bir buraxılış İnternet TV verilişlərininçəkilişi, montajı, internet portalları vasitəsilə ardıcıl nümayişi gənclərimizin milli ruhda formalaşmasına kömək edəcək. Müxtəlif sosial şəbəkələrdə, o cümlədən Facebook-da ayrıca səhifədə görülən işlərin tanıtımı və təbliği, yeni resursun, silsilə materialların hazırlanması, internetdə yerləşdirilməsi, sosial şəbəkələrdə innovativ formalarda yayımının və genişləndirilməsinin aparılmasına da xüsusi diqqət ayırmalıyıq. İnternetdə, saytlarda və müxtəlif sosial şəbəkələrdə, TV və radiolarda, KİV-də, mətbuatda, yeni mediada bu istiqamətdə innovativ-kreativ təbliğat işlərinin aparılması,Bakı və bölgələrdə real-virtual tanıtım tədbirlərinin keçirilməsi, PR-aksiyaların, KİV-də mediaaksiyaların təşkili öz aktuallığını itirməyib.

Qarabağsevər Azərbaycan vətəndaşları, məcburi köçkün icmalarının üzvləri, mədəniyyətşünaslar, mədəni turizm, cəmiyyətşünaslar, sosioloqlar, gənclər, tələbələr, jurnalistlər, yazılı və elektron KİV nümayəndələri, bloqer və internet – sosial media, qlobal şəbəkə istifadəçiləri, milli və türk diaspor fəalları bu istiqamətdə əvəzsiz qatqılar verə bilərlər. Real formalarda bu yöndə fəaliyyətlərə cəlb olunacaq şəxslərlə yanaşı, virtual olaraq internet vasitəsilə minlərlə şəxsə təsir edəcək. Azərbaycan cəmiyyətinin Qarabağ bölgəsinin əhalisini, eləcə də virtual alətlər vasitəsilə respublikamızda və dünyada yaşayan soydaşlarımızı əhatələməyi bacarmalıyıq. Bu istiqamətdə faydalananların yaş və cins fərqi müxtəlif olsa da, daha çox yeni nəsil nümayəndələrinə, gənclərə və qadınlara üstünlük vermək lazımdır. Əslən Qarabağdan – Şuşadan olan keçmiş məcburi köçkünlər, eləcə də Qələbəmizlə bağlı internetdəki resursları hazırlayanları həvəsləndirmək lazımdır. Son bir ayda ermənilərin həm sərhəddə, həm də müxtəlif ölkələrdə fəaliyyət göstərən səfirliklərimizdə və diaspor mərkəzlərinin ofisləri qarşısındakı radikal aksiyalarına intellektual cavabımız olmalıdır...

Cəmilə ÇİÇƏK

Tədqiqatçı jurnalist

Prezident təqaüdçüsü

reklamlar

Digər xəbərlər