QHT Qaradağda tədbir keçirdi

QHT Qaradağda tədbir keçirdi
Qarabag Zəfəri 17 Noyabr 2022 - 09:26

"Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələri və qazilər üçün hüquqi maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində Qaradağ Rayonunda tədbir keçirib. Şəhid ailələri, qazi və müharibə iştirakçılarının iştirak etdiyi tədbirdə çıxış edən layihə rəhbəri Nəzakət Həsənovanın sözlərinə görə, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər təqdirəlayiqdir. Həyata keçirilən bu kimi fəaliyyətə baxmayaraq hələ də sosial şəbəkələrdə şəhid ailələri və qazilərin üzləşdiyi problemlərlə əlaqədar məlumatlara rast gəlinir. Aparılan araşdırmalar zamanı məlum olur ki, bu sahədə mövcud problemlərin həlli üçün şəhid ailələri və qazilər üçün hüququ maarifləndirmə tədbirlərinin həyata keçirilməsi zərurətə çevrilib: "Müharibə əlilləri və iştirakçıları ilə bağlı həyata keçirilən yeni sosial dəstək tədbirləri ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Birdəfəlik ödəmənin verilməsi üçün təklif olunan mexanizmlər, sənədləşdirmə işlərində şəffaflığın təmin edilməsi və digər məsələlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən aidiyyəti qurumlarla davamlı olaraq müzakirə edilir. Dövlət başçımız yerli televiziya kanallarına müsahibəsində bu kateqoriyadan olanlara sosial dəstəkdən danışarkən bildirdi ki, şəhid ailələri, müharibə əlillərinə dövlətin qayğı və diqqəti və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyub. Prezident dedi: "Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sa¬yıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər”. Bu, danılmaz həqiqətdir. Dövlət başçısının bildirdiyi kimi, təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərindən 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçılarına da 750 mənzil verilib və bu proses davam etdirilir. İnanırıq ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kate¬qoriyadan olan insanlara bəlkə də iki il ərzində mənzillər veriləcək. Prezident xüsusi olaraq vurğuladı ki, bu, sırf bizim təşəbbüsümüzdür və biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Sadəcə olaraq, həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün bu addımı atırıq. Bir mənzilin qiymətinin neçəyə başa gəldiyini, bunun büdcə üçün böyük bir yük olduğunu hamı bilir. Bu kateqoriyadan olan axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq. Biz QHT rəhbərləri daim həssas qrupların problemlərinə imkan daxilində dəstək olmağa çalışırıq. Görürük ki, ildən ilə şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Çünki dövlət başçısı onları daim diqqət mərkəzində saxlayır. Prezident müsahibəsində bidirdi ki, bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib”.

N.Həsənova bildirib ki, həyata keçirilən layihənin məqsədi Bakı şəhərində (Binəqədi, Qaradağ, Nizami rayonlarında) şəhid ailələri və qazilər üçün hüquqi maarifləndirmə işinin aparılmasıdır.

Layihə çərçivəsində kitabça çap olunubBinəqədi, Qaradağ və Nizami rayonunda paylanacaq-. Çap olunan kitabçadaCənab Prezident tərəfindən şəhid ailələri və qazilərlə bağlı imzalanan sərəncam və fərmanlar barəsində, eyni zamanda Əmək Nazirliyinin gördüyü işlər barəsində məlumat öz əksini tapıb.

Tədbirdə çıxış edən layihənin hüquqşünası Həbibova Səadət tədbir iştirakçılarının suallarını cavablandırıb

reklamlar

Digər xəbərlər