ƏZİZİMİZ - Daşdəmir Əjdəroğlu!

ƏZİZİMİZ - Daşdəmir Əjdəroğlu!
Cəmiyət 27 İyun 2024 - 10:27

Bu gün sənin üçün nə qədər əziz və əlamətdar olduğunu duyuram! Lakin sənin bu susqunluğun, sakitcə öz işlərinlə məşğul olmağın məni bir qələm dostun, iş yoldaşın kimi üzür!

 

Belə əziz gündə yanında olmaq borcumuz və istəyimiz , arzumuz olub həmişə.

30 ildən də artıqdır Sizi şəxsən və yaradıcı bir şəxsiyyət olaraq tanıyır, fəxr edirəm ki, sizin kimi istedadlı ziyalı ilə DOSTam!

 

Qardaş!

 

Neçə ildir ki, müəyyən səbəblərdən (işdən çıxdığım üçün) bir-birimizin üzünü görə bilməsək də, bu “ayrılıq” bizi bir az da yaxınlaşdırıb. “Evdəqal” bizi üzməsin! Bu hicran da ötüb-keçər inşallah!

 

Bu günlərdə sənin, bacının ailəsinin şad günündə birlikdə olmağımız mənə bəs elədi: Həmişə xeyir işlərdə görüşək, qardaş!

 

50 illiyində yazdığım məqaləmi tapa bilmədim. İnternetdən “oğurlayıblar” yəqin bizim dostluğumuzu qısqnanlar.... Zarafatdır, əlbəttə!

 

Səni səmim-qəlbdən bağrıma basır və doğum gününü TƏBRİK edirəm!

Neçənci ad günün olduğunu demirəm, gözəllər elə bilər ki...

Ay subay oğlan, Tanrımız səni və səni sevənləri qorusun!

Sənə cansağlığı arzulayıram!

 

Hikmətli, dəyərli dadlı-duzlu sözlərin və zarafatların üçün burnumun ucu göynəyir! Yəqin başın bu gün də qarışıqdı - “başını qaşımağa vaxtın olmaz”.

 

Sən cəfakeş və fədakarsan! Səni iş yerində, eləcə də illər idi ki, qapısını səhər-axşam açıb-örtdüyümüz “Azərbaycan” nəşriyyatında sevənlərin sayı az deyil.

 

Hər redaksiyada sənə doğma qədər yaxın olanlar var.

Demək, hər könüldə yerin var!

 

Bu qədər sevilən dostum! Doğum günün kutlu olsun!

 

 

 

Hörmətlə:

Məhəmməd Nərimanoğlu/zekainfo.az

reklamlar

Digər xəbərlər