Səhiyyə İşçilərinin Peşə Bayramı!

Səhiyyə İşçilərinin Peşə Bayramı!
Cəmiyət 27 İyun 2024 - 10:29


 

 

Daimi “ön cəbhə”nin fədakarları!

Zərraf Şirinov: “Bir nəfər “evdəqal” çağırışına məhəl qoymadan, sanitar qaydalara riayət etmirsə, artıq həmin şəxsin “özüm bilərəm, bu mənim sağlamlığımdır” deməyi böyük təhlükədir.

 

2019-cu ilin sonlarılnda Çinin Uhan əyalətində viruslar ailəsinə aid daha bir bəlanın (COVİD-19) peyda olması, ilk baxışdan bəlkə də diqqəti cəlb etmədi. Ona laqeyd yanaşılmanın son aqibəti budur: dünya koronavirus pandemiyasının ömrünü qısaltmaq üçün cihada başlayıb, yaşından, vəzifəsindən, milliyyətindən, hansı qitədə və ya materikdə yaşamasından asılı olmayaraq, son rəqəmlər hələ ki ürəkaçan olmasa da. Lakin Çin artıq koronavirusdan xilas olmaq üzrədir ki, bu da ümumiyyətlə, pozitivliyə əsas verən ən ciddi arqument kimi mütəxəssislər tərəfindən birmənalı şəkildə qəbul olunur.

 

Son günlər Azərbaycanda da koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları artıb. Aprelin 5-nə olan məlumata əsasən, ölkədə virusa yolxuma faktında ciddi artım olmasa da, dəyişikliklər var. Burada koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı sosial şəbəkələrdə müəyyən mülahizələr irəli sürülür və suallar verilir. İnfeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri olmamış deyil.

 

Bildiyimiz kimi, bu günlər həkimlərimizin fədakarlığına daha çox ehtiyac duyulur. Ölkədə hər kəs yaxşı bilir ki, həkimlərimizlə polislərimiz, eləcə də bir sıra digər ictimai təşkilatlar və dövlət orqanları bu pandemiyaya qarşı mübarizədə ön cəbhənin döyüşçülərinə çevriliblər.

 

Akademik M.A.Topçubaşov adın Elmi-Cərrahiyyə Mərkəzinin Qaraciyər, öd kisəsi və mədəaltı vəzin cərrahlığı şöbəsinin Baş elmi işçi, tibb elmləri doktoru, professor Zərraf Şirinovla da söhbətimiz məhz bu məsələ ilə bağlıdır.

 

Professor qeyd edir ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı. Həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Ona görə də yoluxanların sayının az olması bununla bağlı idi.

 

Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çox olur. Bu gün ölkədə 35 mindən artıq test keçirilibsə, bu, artıq yoluxma hallarını müəyyənləşdirmək üçün imkanların artırılması deməkdir.

 

Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar aldı. Mütəxəssislərin fikrincə, koronavirusun inkubasiya dövrü 14 gündür, lakin xəstəliyin üzə çıxması 28 günədək çəkə bilər. Bununla bağlı professorun da fikirləri maraqlıdır: “Təbii ki, xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir. İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı.

 

İndi həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır. Regionun digər ölkələrinə nəzər yetirsək, vəziyyəti təhlil etmək bir qədər də asanlaşar. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə (rəqəmlər gün ərzində bir neçə dəfə dəyişildini nəzərdən qaçırmayaq), Ermənistanda 740-a yaxın yoluxma və 7 ölüm faktı qeydə alınıb. Onu da unutmayaq ki, bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb. Gürcüstanda isə yoluxmaların sayı 150-ni keçib, baxmayaraq ki, orada hələ ölüm faktı qeydə alınmayıb”.

 

 

Həmsöhbətimin fikrincə, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində “nisbi sakitlik” hökm sürürdü. Bu gün isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir: “Avropa ilə müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə, az qala, koronavirus pandemiyasının əsarəti altındadır. Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkəti bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir.

 

Mən dövlətimizin tədbirlərini, əlbəttə, birmənalı şəkildə dəstəkləyirəm. Həkimlərimizin fədakar əməyini isə alqışlayıram. Evdə qalmaqla əhalimizi virus bəlasından qorumuş olarıq. Nə qədər az sayda insan xəstələnərsə, onun öhdəsindən gəlmək həkimlər üçün bir o qədər asan olacaq. Axı, ölkədə xəstəlik yalnız koronovirusla bağlı deyil.

 

Bir sıra xəstəliklər də var ki, insanlar onun əzabını yaşamaqdadırlar, onlara da yardım göstərmək, müalicə edib sağaltmaq məhz həkimlərimizin üzərinə düşür.Xəstəlik kütləvi hal alarsa, məsələn, İtaliyadakı kimi (Allah eləməmiş) onda işlər çətinləşər. Hər bir vətəndaşımız bunu dərindən dərk etməlidir.

 

Lüzumsuz yerə küçə-bazara çıxmamalıdır. Tətbiq edilən karantin rejiminin qanunları və tələbləri hər birimizin sağlamlığı naminədir. Polislərimizi incitmək qanunu pozmaq deməkdir! Bunun da qanunla cəzası təyin edilib. Hər kəsi taleyinin ümidinə buraxmaq olmaz! Dövlətimizi, millətimizi və məmləkətimizi Allah qorusun, biz isə bütün mümkün variant və imkanlarımızla dəstək olmalıyıq!

 

Tutalım, bir nəfər “evdəqal” çağırışına məhəl qoymursa, sanitar qaydalara riayət etmirsə, həmin şəxsin “özüm bilərəm, bu mənim sağlamlığımdır” deməsi böyük təhlükədir. Söhbət sərhədlər aşan qlobal pandemiyadan gedir, birbaşa daşıyıcı şəxslə kontaktın və ya latent nəticələri olma ehtimalı var.

 

 

Həkim yeri gəlmişkən daha bir fakta da diqqət ayırmağı özünə borc bildi və qeyd etdi ki, koronavirus ucbatından bizimlə Novruz bayramını keçirməyə gələ bilməyən, Macarıstanda təhsil alan qızım Züleyxa Şirinovanın düşüncələri zamanla səsləşdiyi üçün bəzi məqamları xat5ırladıram: “Təhsil fundamentim, oxuduqlarım və düşündüklərimi nəzərə alaraq koronavirus pandemiyası fonunda sizə çox qısa və vacib məsələni çatdırım.

 

Koronavirus pandemiyası onu sübüt etdi ki, sağlamlıq anlayışı nə qədər individual, yəni fərdi yanaşma ilə assosiasiya edilsə də, onun qorunması mütləq şəkildə ictimai olmalıdır. Bir nəfərin yoluxması və ya yoluxmaması artıq şəxsi seçimdən asılı deyil.

 

Bu risk daşıyıcıları körpəyə də, ailə üzvlərinə də, qonum-qonşuya da, hətta küçədən keçən hər hansı bir nəfərə də eyni dərəcədə təsir göstərə bilir.

Sözsüz ki, aşağı gəlirli təbəqə, yaşlılar, sağlamlıq problemləri olan digər şəxslər ciddi təhülkə altında (expose) kimi qəbul edilirlər.

 

 

Qısası, sağlamlıq private yox, public good kimi yanaşılmalıdır. Bax, bu səbəbdən də universal ictimai səhiyyə sistemi və icbari sığorta məsələsi ortaya çıxır ki, düzgün, ümumilkə, lokal sağlamlıq siyasətinin (policy) və direktivlərinin hazırlanması, eləcə də icbari sığortanın təminatı sözügedən caselərdə daha aşkar özünü bürüzə verir.

 

Odur ki, sağlamlıq sosial-kollektiv imperativdir (zərurətdir). Ümidvaram, yaxın gələcəkdə icbari tibbi sığorta Azərbaycanda bütün coğrafi xəritəni və hədəf qruplarını əhatə edəcək, pilot layihə olaraq qalmayacaq. Özünüzü qoruyun ki, özünüzünküləri də bu bəladan xilas edə biləsiniz”!

 

 

Məhəmməd Nərimanoğlu/zekainfo.az

reklamlar

Digər xəbərlər