Əbədiyyətə qovuşan göylər qəhrəmanı - QHT sədri yazır

Əbədiyyətə qovuşan göylər qəhrəmanı - QHT sədri yazır
Cəmiyət 07 Yanvar 2025 - 16:17

"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, Zekainfo.az portalının rəhbəri Cəmilə Çiçək İsbəndiyarova dekabrın 29-də II Fəxri Xiyabanda təyyarə qurbanlarının ictimaiyyətin iştirakı ilə keçirilən dəfn mərasimində mediaya verdiyi açıqlamasını təqdim edirik.

Vətən üçün yananlar xalqın sonsuz məhəbbətini qazanıblar deyiblər: bizim günümüzün qəhrəmanları da o sevgini qazandılar, həyatlarını itirsələr də, ağır yaralansalar da, onlar bir daha sübut etdilər ki, insan həyatı o zaman məna qazanır ki, yaşadıqları cəmiyyət, vətəndaşları olduğu ölkə üçün fədəkarlıq edəndə, həm nüfuz qazanır, həm fəxr edilən qəhrəmana çevrilir, həm də tarixə qovuşurlar. Bu soyuq dekabr günündə xalqımız öz qəhrəmanlarını torpağa tapşırsa da, onlar əbədi olaraq ürəklərdə özlərinə abidə qoyub getdilər. Tarixdə elə şəxslər var ki, onların qəhrəmanlığı heç vaxt unudulmur və xalq durduqca, nəsildən-nəsilə, ildən-ilə, dildən-dilə ötürüləcək bir hünər nəğməsinə çevrilir.

Təyyarə qəzasının şahidlərinin pilotlarla yanaşı bələdçi Hökümə Əliyeva və həmkarlarının necə cəsarətli, öz peşəsini, vəzifəsini sevən olması barədə söylədikləri bizdə qürur hissi oyadır. Belə bir göylər şahinlərini yetişdirib xalqımıza verdikləri üçün bu qəhrəmanların, xüsusən də Hökumənin ata-anasına, doğmalarına sonsuz sayğımızı ifadə edirik. Qoy torpağa tapşırdıqlarımızın ruhu həmişə əziz olsun. Onlara Allahdan rəhmət diləyir, xalqımıza başsağlığı veririk.

Hökümə Əliyevanın təyyarədə, ölümayağında  dediyi sözlər indi lap yerinə düşür:  “Hər şey yaxşı olacaq”...

 

Cəmilə Çiçək

“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri

reklamlar

Digər xəbərlər