"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, Zekainfo.az portalının rəhbəri Cəmilə Çiçək açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın qəhrəmanlıq yoluna və onun vətənsevərliyinə işıq tutaraq bildirib:
“Hökumə Əliyeva yalnız peşəkar bələdçi deyil, həm də Azərbaycanın tarixində qəhrəmanlığı və fədakarlığı ilə iz buraxan şəxsiyyətlərdən biridir.”
Dekabrın 29-da Qazaxıstanda baş vermiş aviasiya qəzası Azərbaycanın və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi. Azərbaycan Hava Yollarının Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb. Təyyarə ekipajı, o cümlədən İqor Knyankin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva göstərdikləri hünərlə xalqın sevgisini qazandı. Hadisədən sonra həlak olanlar II Fəxri Xiyabanda dəfn edilib. Ümumictimai dəfn mərasimində hökumət nümayəndələri, tanınmış şəxslər və çox sayda vətəndaş iştirak edib. Onların qəhrəmanlığı bir daha Azərbaycan xalqının milli dəyərlərə bağlılığını, fədakarlığı yüksək qiymətləndirmə ənənəsini nümayiş etdirdi.
Dekabrın 26-sı Azərbaycanda matəm günü elan edilib. İctimaiyyət bu ağır itkinin ağrısını bölüşərək, həlak olan qəhrəmanları və vətəndaşları ehtiramla yad etdi.
Pərvanə Fərhadqızı