PitchBook-un illik hesabatı Avropada vençur
kapitalına investisiyaların azaldığını, lakin süni intellekt sektorunun sürətlə
inkişaf etdiyini göstərir. İqtisadi çətinliklərə baxmayaraq, nikbinlik
ehtiyatlı olaraq qalır və 2024-cü ildə bazarın canlanmasının əlaməti olan
çıxışların qayıdışı müşahidə edildi.
PitchBook-un illik hesabatına görə, keçən il vençur
kapitalı firmaları tərəfindən Avropa şirkətlərinə yatırılan investisiyaların
ümumi məbləği azalıb.
Fərdi əməliyyatların dəyəri artıb, lakin əməliyyatların
ümumi sayı il ərzində 11 408-dən 9 600-ə düşüb və nəticədə investisiyaların
ümumi səviyyəsi aşağı düşüb.
Keçən il, PitchBook-a görə, əhval-ruhiyyə
"ehtiyatla nikbin" idi, çünki bazar şərtlərinin yaxşılaşmağa
başladığı ortaya çıxdı.
AMB keçən il inflyasiyanın yavaşlamasına cavab
olaraq dörd faiz endirimi etsə də, Avrozonada ÜDM artımı zəif olaraq qalır.
ÜDM artımının cüzi olacağı gözlənilsə də, 2025-ci
ildə borclanma xərclərinin daha da azalması gözlənilir.
Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az