İlham Əliyev səs verdi - FOTOLAR

İlham Əliyev səs verdi - FOTOLAR
Siyasət 29 Yanvar 2025 - 09:32

Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

Zekainfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

reklamlar

Digər xəbərlər