
Dünya
17:26, Bugün
Çərşənbə günü gecə Neapol bölgəsində 4,4 bal gücündə
zəlzələ baş verib. Ölənlər olmasa da, bir qadın yaralanıb və Campi Flegrei bölgəsindəki
Bagnoli rayonunda əhəmiyyətli maddi ziyan dəyib.
Çərşənbə günü gecə saat 1:25-də Neapolda 4,4 bal
gücündə zəlzələdən sonra qorxu gecəsi hiss olunub. Milli Geofizika və
Vulkanologiya İnstitutu (INGV) tərəfindən zəlzələnin episentri Pozzuoli şəhəri
sahillərindən iki kilometr dərinlikdə qeydə alınıb.
Bu, 20 may 2024-cü ildə baş verən zəlzələ ilə
birlikdə son qırx ildə Fleqrean tarlalarında baş vermiş ən güclü zəlzələdir.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az