QHT sədri dünya şöhrətli rəssam, xanəndə Vədud Müəzzin ilə görüşüb

QHT sədri dünya şöhrətli rəssam, xanəndə Vədud Müəzzin ilə görüşüb
Mədəniyyət 14 Mart 2025 - 17:07

"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist Cəmilə Çiçək dünya şöhrətli şair, rəssam və xanəndə Vədud Səlim oğlu Müəzzin ilə görüşüb. Görüş zamanı Azərbaycan musiqisi, incəsənət və mədəni irs barədə maraqlı fikir mübadiləsi aparılıb.

Cəmilə Çiçək görüşlə bağlı təəssüratlarını bölüşərək bildirib:

"Bu gün mənim üçün qeyri-adi günlərdən biri kimi yadda qalacaq. Belə ki, dünya şöhrətli rəssam, eyni zamanda Azərbaycan musiqisinin dərin bilicilərindən biri olan xanəndə, dəyərli insan Vədud Səlim oğlu Müəzzin ilə təsadüfi, amma xoş bir görüşümüz oldu."

O, Vədud Səlim oğlu Müəzzinin həyat və yaradıcılığı haqqında da məlumat verib. Bildirib ki, tanınmış rəssam 1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olub. Ali təhsil almaq üçün Tehrana gedib, lakin İran inqilabı zamanı oxuduğu universitet bağlandığından, o, təhsilini davam etdirmək üçün Türkiyəyə köçüb. Burada Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb və sənət yolunda mühüm uğurlara imza atıb:

"Müxtəlif ölkələrdə əsərləri nümayiş olunan rəssam Heydər Əliyevin portretini yaradaraq yubileylərinin birində hədiyyə olaraq göndərir. Bu portret Heydər Əliyevin diqqətini çəkir və onun dəstəyi ilə rəssamın Azərbaycanın paytaxtı Bakıda rəsm əsərlərindən ibarət iki dəfə sərgisi keçirilir.

Daha bir maraqlı hadisə, 2013-2014-cü illərdə Kəlbəcər ədəbi mühiti ilə bağlı tərəfimdən hazırlanıb nəşr edilən IV cildli "Kəlbəcərin saz qalası", "Arı Çiçəyə gəlib", "Sən dağlardan ayrılmadın", "Sazımız ağlayır dağlar başında" adlı kitabların üz qabığı da məhz istedadlı rəssamın yaradıcı əsərlərindən ibarətdir. Azərbaycanda son sərgisi 2015-ci ildə təntənəli şəkildə Azərbaycan Tarix Muzeyində keçirildi".

Görüş zamanı Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı, milli dəyərlərin təbliği və qorunması istiqamətində fikir mübadiləsi aparılıb.

 

reklamlar

Digər xəbərlər