Ukrayna: Donald Tusk Türkiyəni əsas rol oynamağa çağırır

Ukrayna: Donald Tusk Türkiyəni əsas rol oynamağa çağırır
Dünya 14 Mart 2025 - 14:24


 

 

Türkiyə və Polşa liderləri Ankarada bir araya gələrək Türkiyə və Polşa arasında münasibətlərin gücləndirilməsi, Polşanın Avropa Şurasına sədrliyi dövründə Türkiyənin Aİ ilə əlaqələri və Ukraynadakı müharibə də daxil olmaqla regional məsələləri müzakirə ediblər.

 

Tusk əlavə edib ki, Varşava bu həftə Səudiyyə Ərəbistanında keçirilən danışıqları alqışlayıb və bu danışıqlarda Ukrayna Moskvanın qəbul etməsi şərti ilə ABŞ-ın təklif etdiyi bir aylıq atəşkəsə razılaşıb.

 

"Bizim məqsədimiz regionu sabitləşdirməkdir. Biz Ukraynanı yenidən qurmalıyıq", - o deyib. “Bu, Polşa və Türkiyə şirkətləri üçün bir fürsətdir”.

 

 

Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az

reklamlar

Digər xəbərlər