
Fransaya ilkin səfərindən sonra Mark Karni Böyük Britaniyaya gedəcək
və burada baş nazir Keir Starmer və Kanadanın dövlət başçısı Kral III Çarlzla
görüşəcək.
Kanadanın yeni baş naziri Londona və Arktikaya getməzdən əvvəl
Emmanuel Makronla görüşəcəyi ilk beynəlxalq səfərinə Parisdən başlayır.
Mark Karni ilk rəsmi səfəri üçün Fransanı seçməklə Kanadanın ən qədim
müttəfiqlərindən birinin dəstəyini möhkəmləndirməyə çalışır, çünki ABŞ
prezidenti Donald Tramp ölkənin suverenliyinə və iqtisadiyyatına hücumu davam
etdirir.
Cənab Karni bilərəkdən Kanadanın erkən mövcudluğunu formalaşdıran iki
Avropa paytaxtını seçdi və bununla da hələlik Donald Trampdan qaçdı.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az