Avropada ekran asılılığı: Yetkinlik yaşına çatmayanlar üçün hansı qorunma var?

Avropada ekran asılılığı: Yetkinlik yaşına çatmayanlar üçün hansı qorunma var?
Cəmiyyət 15 May 2025 - 17:10


Uşaqlar və yeniyetmələr üçün ekran vaxtının təhlükələri getdikcə daha çox etiraf edilir və getdikcə artan Aİ ölkələri məktəblərdə smartfonlardan istifadəni qadağan edir. Bəs Avropa azyaşlıları ekran asılılığından qorumaq üçün kifayət qədər işlər görürmü?

Gənclər arasında ekran asılılığı smartfon, planşet, kompüter, televizor və oyun konsollarından həddindən artıq və məcburi istifadə kimi qəbul edilir. Dünyada yeniyetmələr gündə orta hesabla 7 saat 22 dəqiqəni ekran qarşısında keçirirlər. Üç yaşından kiçik uşaqlar üçün ekranda çox vaxt keçirmək onların beyin inkişafına mənfi təsir göstərə bilər. Bundan əlavə, son araşdırmalar göstərir ki, 9-11 yaş arası uşaqlarda ekran asılılığı intihar davranışının inkişaf riskini artıra bilər.

Tərcümə edəni Əlirza/Zekainfo.az 

reklamlar

Digər xəbərlər