Cəmiyyət
11:55, Bugün
Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının təsis konfransı çərçivəsində Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü və Milli Məclisin deputatı Azər Allahverənovun Platformanın Baş Katibi vəzifəsinə seçilməsi rəsmən təsdiqlənib.
Bu qərar, ölkəmizin türk dünyası ilə səmərəli əməkdaşlığının gücləndirilməsi və qeyri-hökumət sektorunun regional inteqrasiyada aktiv rol oynayacağının mühüm göstəricisi kimi qiymətləndirilir.
“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi olaraq biz də öz növbəmizdə dəyərli Azər müəllimi səmimi qəlbdən təbrik edir və inanırıq ki, millət vəkili bu sahədə şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gələcək.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
Tədqiqatçı-jurnalist