Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq

Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq
Cəmiyyət 01 Dekabr 2025 - 09:44

1-5 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Zekainfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə məlumatda qeyd olunub.

reklamlar

Digər xəbərlər