Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edildi

Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edildi
Cəmiyyət 08 Dekabr 2025 - 16:52

Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyinin, “Aşqar” Elmi İstehsalat Birliyinin və “Kompozit” Elmi İstehsalat Birliyi ləğv edilib.

Zekainfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Elm və Təhsil Nazirliyi “Nafta” Elmi İstehsalat Birliyinin, “Aşqar” Elmi İstehsalat Birliyinin və “Kompozit” Elmi İstehsalat Birliyinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, A Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.

reklamlar

Digər xəbərlər