Bakıda bu stadion təmirə bağlanacaq 

Bakıda bu stadion təmirə bağlanacaq 
Xəbər 03 Aprel 2026 - 12:33

Bayıl stadionu may ayında - cari mövsüm başa çatdıqdan sonra təmirə bağlanacaq.

Zekainfo.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında deyib.

Qurum rəsmisi AFFA-nın balansında olan arenanın təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacağını deyib.

Onun sözlərinə görə, iki regionda isə futbol mərkəzi istifadəyə veriləcək.

reklamlar

Digər xəbərlər