Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR 

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR 
Hadisə 06 Aprel 2026 - 18:37

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zekainfo.az globalinfo.az-a istinadən xəbər verir ki, qəza aprelin 3-də Xətai rayonunun Mingəçevir küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, səbəb yol kənarında dayanmış “Lada 015” markalı avtomobilin əl əyləcinin açılması olub:

“3 qadın övladlarını məktəbə ötürüb qayıdırdı. Maşın üzüaşağı hərəkət edən zaman onlardan ikisi kənara çəkilə bildi, biri isə bacarmadı. Qadının başı asfalta çırpıldığından yerindəcə vəfat etdi”.

Digər iddialara əsasən isə avtomobili 16 yaşlı yeniyetmə idarə edib və qəzadan sonra ərazidən uzaqlaşıb.

Globalinfo.az hadisənin təfərrüatı ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb.
 

WhatsApp Image 2026 04 06 at 15.56.54 ffff

reklamlar

Digər xəbərlər