Gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib. Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov 2022-2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabatı təqdim edib. Zekainfo.az-a bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğısı ölkə boksunun da yeni nailiyyətlər əldə etməsinə imkan verib. Boksçularımız son 4 ildə beynəlxalq yarışlarda 178-i qızıl, 165-i gümüş və 307-si bürünc olmaqla, ümumilikdə 650 medal qazanıb. Habelə bir neçə rəsmi yarışlarda yeni rekordlar müəyyənləşdiriblər. Gənc məşqçi və hakimlərin təcrübələrinin artırılması istiqamətində də mühüm addımlar atılıb, Bakı ilə yanaşı, bölgələrdə də boks idman növü üzrə maddi-texniki baza gücləndirilib. Ardınca növbəti 4 il üçün federasiya rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti, Natiq Həsənov və Vaqif Kazımov vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov İdarə Heyətinin üzvləri seçiliblər. Sonda Sahil Babayev göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə məlumat verib.
Sahil Babayevə yeni vəzifə verildi
Xəbər
23 Aprel 2026 - 23:18
Digər xəbərlər
Xəbər
14:00, Bugün
Xəbər
11:00, Bugün
Bu yerlərə intensiv yağış yağacaq - Bu günün havası
Xəbər
09:00, Bugün
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Xəbər
23:42, 23 Aprel 2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Xəbər
23:00, 23 Aprel 2026
Avtoqəzalarda 140 nəfər həlak olub - Hadisələrin 32,9 faizi həftənin...
Xəbər
22:36, 23 Aprel 2026