Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Zekainfo.az bununla bağlı President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 1453.09 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna veriləcək.
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Cəmiyyət
24 Aprel 2026 - 13:00
Digər xəbərlər
Cəmiyyət
12:33, Bugün
Cəmiyyət
21:11, 23 Aprel 2026
Bakıda bu marşrut nağdsız ödənişə keçir - Gediş haqqı 70 qəpik olur
Cəmiyyət
20:00, 23 Aprel 2026
Vətəndaşlar öz fərdi evlərinə niyə çıxarış ala bilmirlər? - İLGİNC SƏBƏBLƏR
Cəmiyyət
16:00, 23 Aprel 2026
Bakı metrosunda qatarların hərəkəti tam bərpa olundu
Cəmiyyət
14:28, 23 Aprel 2026
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
Cəmiyyət
13:00, 23 Aprel 2026